Haqqımızda bir neçə söz
Prime Academy
Azərbaycanda fəaliyyət göstərən ən yüksək səviyyəli, peşəkar və müasir standartlara uyğun gələn xarici dil tədrisi mərkəzi olaraq fəaliyyətə başlayıb. Belə ki, burada xarici dilin tədrisi üzrə ən peşəkar müəllimlər sizə istədiyiniz dildə səlis danışmağı öyrədəcək.
Üstünlüklərimiz
Prime Academy-ni seçən tələbələr üçün ən böyük üstünlüklərdən biri də həftənin 7 günü keçirilən dərslərə qoşula bilmələridir. Bu o deməkdir ki, heç bir işinizi təxirə salmadan kurslarımızda iştirak edə bilərsiniz. Bundan əlavə biz işləyən müştərilərimizi nəzərə alaraq, saat 21:00-a kimi dərslər təşkil etmişik.
Kurslarımızla tanış olun
Prime Academy-nin sizlərə təklif etdiyi bir-birindən müxtəlif və faydalı təlimlərdən birini seçin.
Müracİət edİn
Seçdiyiniz sahə üzrə təlimlərə qoşulmaq üçün elə indi müraciət edin.
Kursa Başlayın
Peşəkar mütəxəssislərimizlə təlimlərə başlayın, seçdiyiniz sahəni qısa müddətdə və keyfiyyətli şəkildə öyrənin.
Kurslarımız
Göstərilən kurslarla yanaşı xarici vətəndaşlar üçün Azərbaycan dili kursları da təşkil edilir. Kurslar ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar əsasında keçirilir. Və proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır.
İngilis dili kursu
Dünyada ən çox işlədilən dillərdən biri olan ingilis dili hər kəsin ehtiyac dilinə çevrilmişdir.
A1 – BAŞLANĞIC İNGİLİS DİLİ SƏVİYYƏSİ
– Gündəlik istifadə olunan ifadələri başa düşür. Özünü təqdim edə bilir. Özünə aid sadə suallara cavab verə bilir. Pilləni bitirmək üçün 2-3 ay vaxt lazım olur. Başlamaq üçün imtahan tələb olunmur.
A2 – ELEMENTAR İNGİLİS DİLİ SƏVİYYƏSİ
– Tez-tez istifadə olunan ifadələri başa düşür. Shoppinq, ailə haqqında məlumat və digər yaxın mövzular ətrafında rahat məlumat verə bilir. Rutin və sadə tapşırıqları yerinə yetirə bilir. Sadə və birbaşa olan söhbətləri başa düşür və cavab verə bilir. Bakıda orta məktəbi bitirən şagirdlərin əksəriyyəti A2 pilləsində olur.
B1- AŞAĞI ORTA İNGİLİS DİLİ SƏVİYYƏSİ
– Məktəb, istirahət, iş mövzularının əsas mənasını başa düşür. Səyahət edərkən əksər situasiyaları idarə edə bilir. Tanış olan mövzular haqqında danışa bilir. Məqsədlərini, planlarını, ambisiyalarını qısaca olaraq əsaslandıra və rahat başa sala bilir.
B2 – ORTA İNGİLİS DİLİ SƏVİYYƏSİ
– Mürəkkəb cümlələrin məğzini başa düşür. Texniki müzakirələri apara bilir. Sərbəst şəkildə kommunikasiya yarada bilir. Və doğma ingilis dilində danışanlarla söhbət apara bilir. Müxtəlif sahələrdə fikirlərini aydın şəkildə izah edə bilir.
C1 – SƏRBƏST İNGİLİS DİLİ SƏVİYYƏSİ
– Uzun mətnləri anlaya və dəqiqliklə başa düşə bilir. İfadələri axtarmadan sərbəst şəkildə özünü ifadə edə bilir. Eyni zamanda, dili akademik, sosial və professional sahələrdə effektiv və uyğun şəkildə istifadə edə bilir. Fərqli mövzular üzrə aydın cümlə qurur və fikrini ətraflı şəkildə ifadə edə bilir.
C2 – PROFESSİONAL İNGİLİS DİLİ SƏVİYYƏSİ
– Eşitdiyi və ya gördüyü hər şeyi asanlıqla başa düşə bilir. Yazılı və ya şifahi mövzuların xülasəsini ifadə edə bilir. Bu pillə normal ana dilində danışan səviyyədən də yüksəkdir.
Rus dili kursu
Prime Academy ailəsi olaraq sizə ən yeni metodika və beynəlxalq səviyyədə istifadə olunan tədris vəsaitləri ilə rus dilinini qısa müddətə öyrənmək imkanı yaradır. Biz xüsusi Rus dili tədris proqramı ilə həm tədris baxımından, həm də istifadə etdiyimiz ədəbiyyatlarla keyfiyyətli xidmətimizlə fərqlənirik. İstifade etdiyimiz xüsusi proqram sizin Rus dili biliyinizi qısa müddətdə inkişaf etidirməyiniz üçün bir stimul olacaq!
Kursun Proqramı 6 səviyyədən ibarətdir:
A1 – ЭЛЕМЕНТАРНЫЙ УРОВЕНЬ
A2 – ПРЕДПОРОГОВЫЙ (БАЗОВЫЙ) УРОВЕНЬ
B1 – ПОРОГОВЫЙ УРОВЕНЬ
B2 – ПОСТПОРОГОВЫЙ УРОВЕНЬ
C1 – УРОВЕНЬ КОМПЕТЕНТНОГО ВЛАДЕНИЯ
C2 – УРОВЕНЬ НОСИТЕЛЯ ЯЗЫКА
Hər səviyyənin proqramı 1.5-2 ay olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət arta və ya azala bilir. Proqrama əsasən həftədə 3 saat dərs və əlavə olaraq 1 saat da Ünsiyyət Klubu təşkil olunur. Dərslər fərdi və ya qrupda olmaqla müştərinin ofisində və ya bizim tədris mərkəzimizdə keçirilir. QEYD: Dərslər rus dili müəllimliyi üzrə təhsil almış peşakar müəllimlər, rus dilinin müasir metodlarla öyrədilməsi üzrə müxtəlif elmi məqalələrin, Universitetlərdə tədris vəsaiti olaraq istifadə olunan kitabların müəllifləri, bu sahə üzrə doktor dərəcəli peşəkarlar tərəfindən tədris olunur.
Ispan dili kursu
İSPAN DİLİNİ BİLMƏK SİZƏ XÜSUSİ İMKANLAR YARADACAQ!
İspan dilində səlis danışmaq istəyən hər bir kəs üçün nəzərdə tutulmuşdur. Ümumi İspan Dili kursu proqramı həm yerli, həm də xarici vətəndaşlar üçündür. Kurs müddəti ərzində iştirak edənlərə İspan Dilində yüksək səviyyədə danışıq və yazma öyrədilir, eyni zamanda oxuma və dinləmə bacarıqları da yüksək səviyyədə inkişaf etdirilir. – Kursun müddəti orta səviyyədə İspan Dilində danışıq üçün 6 ay, yüksək səviyyədə danışıq üçün isə 11 aydır. – Dərslər həftədə 3 dəfə 1 saat olmaqla keçirilir, günü saatı siz seçirsiniz. – İlk dərs sınaq dersi olur, PULSUZDUR.
I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Koreya dili kursu
Koreya dili Koreya Xalq Demokratik Respublikasının və Koreya Respublikasının rəsmi dövlət dilidir.Koreya dili 40 fonemdən ibarətdir.Bunlardan 19-u samit,21-i sait fonemlərdir.Koreya dili nominativ quruluşlu aqqlütinativ dillərdən hesab olunur. Koreya dili dərslərimiz qrup və fərdi şəkildə tədris olunur.Qrup şəklində dərslər həftədə 2dəfə 1.5 saat və ya 3dəfə 1saat keçirilir.Fərdi dərslər isə istəkdən asılı olaraq 2dəfə və ya 3dəfə 1saat keçirilir. Həftə sonları isə koreya dili biliklərinizi mükəmməlləşdirmək üçün danışıq klubları təşkil olunur.Kursumuzun tələbələri ödənişsiz danışıq klublarına qoşula bilərlər.
Fransiz dili kursu
Fransız dili dünya dillərindən melodikliyi,səslənməsinə görə fərqlənir və sevənlərin dili hesab olunur. Fransız dili dərslərimiz qrup və fərdi şəkildə tədris olunur.Qrup şəklində dərslər həftədə 2dəfə 1.5 saat və ya 3dəfə 1saat keçirilir.Fərdi dərslər isə istəkdən asılı olaraq 2dəfə və ya 3dəfə 1saat keçirilir. Həftə sonları isə fransız dili biliklərinizi mükəmməlləşdirmək üçün danışıq klubları təşkil olunur.Kursumuzun tələbələri ödənişsiz danışıq klublarına qoşula bilərlər.
İtaliyan dili kursu
Əgər hələ də İtalyan dilini öyrənməyə başlamamısınızsa, bu səbəblər, müasir dünyanın yerini tapmış qədim dillərdən birini öyrənmək üçün səyahətə çıxmağa sizi təşviq edəcək. İtalyan ədəbiyyatı Dante, Boccaccio, Petrarch, Machiavelli, Verga, Svevo, Pirandello və Gramsci kimi dünyanın ən məşhur yazıçı və mütəfəkkirlərinə sahibdir. İtalyan dili mədəni elmlər, opera, film, elm, siyasi düşüncə, moda, dizayn və mətbəxin dilidir. İtalyan dilini bilmək insanın ifadə xəzinəsini artıraraq məsələləri dəyərləndirmə və təhlil etmək imkanı yaradır.
Dil Səviyyələri
A1 – Basic User
Gündəlik ehtiyaclarınıza cavab verən tanış ifadələri bilirsiniz və ən əsas ifadələri anlayıb və istifadə edirsiniz. Özünüzü başqalarına tanıda və yaşadığınız yeri izah edə bilirsiniz. Şəxsi məlumatlar haqqında üniyyət qura bilirsiniz. Qarşıdakı ilə yavaş- yavaş danışır və sadə şəkildə qarşılıqlı ünsiyyət yaradırsınız.
A2 – Basic User
Əsas məlumatlar (məsələn: əsas fərdi və ailə məlumatları, alış-veriş, yerli coğrafiya, məşğulluq) ilə bağlı cümlələri və tez-tez istifadə olunan ifadələri anlayırsınız. Hər kəs tərəfindən bilinən və rutinə çevrilmiş və birbaşa informasiya mübadiləsini tələb edən məsələlər barədə sadə formada ünsiyyət saxlayırsınız. Arxa planınızın, dərhal ətraf mühitin və dərhal ehtiyac duyulan sahələrdə məsələlərin sadə tərz aspektlərini təsvir edin.
B1 – Independent User
İş yerində, məktəbdə, tətildə və digər yerlərdə müntəzəm olaraq rastlaşılan, tanış olan məsələlərdə aydın şəkildə əsas aspektləri anlayırsınız. Şəxsi maraqlarınız haqqında olan məsələlərdə bəsit və məntiqi ardıcıllıq olan cümlələr qura bilirsiniz. Təcrübə, hadisələr, xəyallar, ümidlər və istəklərinizi təsvir edə bilirsiniz. Fikir və planlarınız üçün əsaslandırılmış səbəblərlə izah gətirə bilirsiniz.
B2 – Independent User
Konkret və mücərrəd mövzularda, o cümlədən ixtisaslaşma sahəsindəki texniki müzakirələrə dair mürəkkəb mətnlərin məğzini anlayırsınız. Ana dili ingilis dili olan qarşı tərəf ilə çətinlik çəkmədən axıcı və spontan ünsiyyət qura bilirsiniz. Geniş mövzularla bağlı dəqiq və detallı mətnlər yaza bilir və müxtəlif mövzuların üçün üstünlükləri və mənfilikləri haqqında baxış bucağınızı göstərə bilirsiniz.
C1 – Proficient User
Təcrübə tələb edən mətnləri anlayır və açıq görülmətən mənaları anlayırsınız. Sadə ifadələr istifadə etmədən özünüzü açıq və axıcı bir formada izah edə bilirsiniz. Dil bacarığınızdan sosial, akademik və peşəkar məqsədlər üçün çevik və effektiv formada istifadə edirsiniz.
C2 – Proficient User
Eşitdiyiniz və ya oxuduğunuz hər şeyi asanlıqla anlayırsınız. Şifahi və yazılı mənbələrdən gələn məlumatların xülasəsini çıxardır, müzakirə və hesablamaları arqumentləşdirilmiş formada yenidən tərtib edə bilirsiniz. Ən mürəkkəb hallarda belə özünüzü axıcı və dəqiq formada ifadə edə bilirsiniz. Məqsədimiz sizə ən yaxşı təhsili sizin başa düşəcəyiniz metodlarla öyrətməkdir. Mükəmməllik mövzusunda bu həssaslığımız etibarımızın əsasıdır və tələbələrimizin bizə hər addımlarında yenidən müraciət etmələrinin səbəbi də budur.
Mühasibatlıq kursları və 1c proqramı
“Prime Academy”
Hər bir mühasibi, mühasibatlıq üzrə karyera qurmaq istəyən şəxsləri ölkəmizdə MÜHASİBATLIQ sahəsində daha çox istifadə olunan aşağıdakı Mühasibatlıq proqramlarını öyrənməyə dəvət edir:
Milli Mühasibatlıq
– Beynəlxalq Mühasibatlıq
– Bank Mühasibatlığı
– Milli Mühasibat Uçotu Standartları
– Beynəlxalq Mühasibat Uçotu
Standartları
– Vergi Uçotu və Vergi Qanunvericiliyi
– 1C Mühasibatlıq proqramı (7.7, 8,2 versiyaları)
– 1C Ticarət Anbarı (7.7 versiyası)
– Mühasiblər və Auditorlar üçün peşəkar EXCEL proqramı Təlimçi müəllimlərimiz mühasibatlıq üzrə bir sıra Beynəlxalq şirkətlərin, holdinqlərin, təşkilatların mühasibi, auditoru, maliyyə menecerləri olmaqla yanaşı həmçinin sərbəst mühasib olaraq çalışırlar.
Proqramın Tərkib
1. Uçotun növləri . Mühasibat uçotu və məzmunu
2 Mühasibat uçotunda hesablar planı
3. Mühasibat uçotunda ikili yazılış sistemi
4. Qeyri-maddi aktivlər (aktivlərin alınması, uçotu, amortizasiyası, silinməsi)
5. Əsas vəsaitlər və onların hərəkəti (əsas vəsaitlərin alınması, köhnəlməsi, silinməsi)
6. Ehtiyatlar və materiallar .Ehtiyatların silinməsi (FİFO,LİFO,orta dəyər metodu)
7. Qısamüddətli və uzunmüddətli aktivlər/öhdəliklər
8. Gələcək dövrlərin xərcləri və gəlirləri
9. Kreditorlar və debitorlarla hesablaşmalar
10. Bank/xəzinə əməliyyatları
12. Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqələrinin hesablama qaydaları
13. Müəssisənin balansı (anlayışı və tərtibetmə qaydası)
14. Mənfəət və zərər haqqında hesabat (anlayışı və tərtibetmə qaydası)
15. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (anlayışı və tərtibetmə qaydası)
16. Kapitalın hərəkəti haqqında hesabat (anlayışı və tərtibetmə qaydası)
17. 1C-lə bağlı əməliyyatlar
Dil Səviyyələri
A1 – Basic User
Gündəlik ehtiyaclarınıza cavab verən tanış ifadələri bilirsiniz və ən əsas ifadələri anlayıb və istifadə edirsiniz. Özünüzü başqalarına tanıda və yaşadığınız yeri izah edə bilirsiniz. Şəxsi məlumatlar haqqında üniyyət qura bilirsiniz. Qarşıdakı ilə yavaş- yavaş danışır və sadə şəkildə qarşılıqlı ünsiyyət yaradırsınız.
A2 – Basic User
Əsas məlumatlar (məsələn: əsas fərdi və ailə məlumatları, alış-veriş, yerli coğrafiya, məşğulluq) ilə bağlı cümlələri və tez-tez istifadə olunan ifadələri anlayırsınız. Hər kəs tərəfindən bilinən və rutinə çevrilmiş və birbaşa informasiya mübadiləsini tələb edən məsələlər barədə sadə formada ünsiyyət saxlayırsınız. Arxa planınızın, dərhal ətraf mühitin və dərhal ehtiyac duyulan sahələrdə məsələlərin sadə tərz aspektlərini təsvir edin.
B1 – Independent User
İş yerində, məktəbdə, tətildə və digər yerlərdə müntəzəm olaraq rastlaşılan, tanış olan məsələlərdə aydın şəkildə əsas aspektləri anlayırsınız. Şəxsi maraqlarınız haqqında olan məsələlərdə bəsit və məntiqi ardıcıllıq olan cümlələr qura bilirsiniz. Təcrübə, hadisələr, xəyallar, ümidlər və istəklərinizi təsvir edə bilirsiniz. Fikir və planlarınız üçün əsaslandırılmış səbəblərlə izah gətirə bilirsiniz.
B2 – Independent User
Konkret və mücərrəd mövzularda, o cümlədən ixtisaslaşma sahəsindəki texniki müzakirələrə dair mürəkkəb mətnlərin məğzini anlayırsınız. Ana dili ingilis dili olan qarşı tərəf ilə çətinlik çəkmədən axıcı və spontan ünsiyyət qura bilirsiniz. Geniş mövzularla bağlı dəqiq və detallı mətnlər yaza bilir və müxtəlif mövzuların üçün üstünlükləri və mənfilikləri haqqında baxış bucağınızı göstərə bilirsiniz.
C1 – Proficient User
Təcrübə tələb edən mətnləri anlayır və açıq görülmətən mənaları anlayırsınız. Sadə ifadələr istifadə etmədən özünüzü açıq və axıcı bir formada izah edə bilirsiniz. Dil bacarığınızdan sosial, akademik və peşəkar məqsədlər üçün çevik və effektiv formada istifadə edirsiniz.
C2 – Proficient User
Eşitdiyiniz və ya oxuduğunuz hər şeyi asanlıqla anlayırsınız. Şifahi və yazılı mənbələrdən gələn məlumatların xülasəsini çıxardır, müzakirə və hesablamaları arqumentləşdirilmiş formada yenidən tərtib edə bilirsiniz. Ən mürəkkəb hallarda belə özünüzü axıcı və dəqiq formada ifadə edə bilirsiniz. Məqsədimiz sizə ən yaxşı təhsili sizin başa düşəcəyiniz metodlarla öyrətməkdir. Mükəmməllik mövzusunda bu həssaslığımız etibarımızın əsasıdır və tələbələrimizin bizə hər addımlarında yenidən müraciət etmələrinin səbəbi də budur.
SUALINIZ VAR ? SİZƏ ZƏNG EDƏK
Study Clubs
Education for Your Future
Prime Academy